Gecənin bir yarısı,
Gecə birin yarısı.
Oturmaq sahilində dənizin,
boğulmaq
xəyal dolusu qarasında gözlərinin.
itmək ruhunun dərinliklərində,
köçmək qaranlığının incəliklərinə.

oxumaq sevgi ifadə edən təbəssümünü,
duymaq deyilməmiş hər sözünü.
yanmaq qığılcımında baxışlarının,
yaşamaq ən gözəlini yaşanmışların.
dinləmək pıçıltısını səssizliyinin,
inləmək sızıltısında sənsizliyin.
yazmaq sənə ən təsirlisini şeirlərimin,
yaşatmaq səni ovucunda əbədiyyətin.

Paylaş
Önceki İçerikUNUTULMAZ
Sonraki İçerikİntihar Üzerine Güzelleme