Yağışa bax ilahi,
adam kimi danışır.
adam kimi dərd çəkir,
adam kimi alışır.
Bu dərd çəkən yağışın bəlkə həmdərdi mənəm,
bəlkə də ürəyində çəkdiyi dərdi mənəm.
nə bilim, hardan bilim bu yağışın dərdini,
dərdlilər yaxşı bilər dərdlilərin dərdini.

Yağışa bax ilahi,
yağışın ürəyinə,
ruhuna bax ilahi.
Belə incə ürəyə toxunarsan qırılar,
yağışın sinəsində tüğyan edir yaralar.
Yağışım… gözlərindən oxuyuram dərdini,
nə varsa mənə danış, unutma həmdərdini.

Azərbaycandan, Bakıdan Sevgilərlə